Obama dünyaya meydan oxudu: `Ən güclü bizik...`
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama Konqresdə çıxışı zamanı bildirib.
“Dünyada əhəmiyyətli problem yarananda insanlar Pekin və ya Moskvaya baxmır, bizi çağırırlar”, - deyə Obama qeyd edib.
Onun sözlərinə görə, ABŞ dünyada ən güclü dövlətdir: “Biz müdafiəyə bizdən sonra gələn 8 ölkənin ümumi xərcindən daha çox vəsait xərcləyirik. Silahlı Qüvvələrimiz dünya tarixində ən yaxşı hərbçilərdir.
Heç bir ölkə bizə və ya tərəfdaşlarımıza hücum edə bilməz, çünki onlar bilirlər ki, bu onların sonu olacaq. Araşdırmalar göstərir ki, bizim mövqelərimiz mən bu vəzifəyə təyin olunan vaxtdan sonda daha güclüdür”, - deyə Obama qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az