İrandan Türkiyəyə qarşı saxtakarlıq - FAKT

İrandan Türkiyəyə qarşı saxtakarlıq - FAKT
  13 Yanvar 2016    Oxunub:7384
Türkiyə Qızılayı tərəfindən Livanda yerləşdirilən suriyalı qaçqınlara göndərilən yardım paketlərinin üzərindəki loqonun İrana aid yardım təşkilatlarından birinin emblemi ilə dəyişdirildiyi iddia olunur.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, saxtakarlıq “Hizbullah” terror təşkilatı tərəfindən həyata keçirilir.

Məlumata görə, Türkiyə və digər ölkələrdən göndərilən yardımlar “Hizbullah” tərəfindən Livandakı suriyalı qaçqınlara çatdırılır və bu yardımların İran tərəfindən göndərildiyi bildirilir.

Təşkilat Türkiyə və digər ölkələrdən göndərilən malların üzərindəki emblemləri dəyişdirərək yardımların İran tərəfindən edildiyini nümayiş etdirməyə çalışır.

Eıvin Abdulqədirov



Teqlər:  





Xəbər lenti