Qorik Akopyan vəzifədən gedir - Sarkisyan şokdadır

Qorik Akopyan vəzifədən gedir - Sarkisyan şokdadır
  13 Yanvar 2016    Oxunub:6587
Bu ilin fevral ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Qorik Akopyanın səlahiyyət müddəti başa çatır.
Bu barədə AzVision.az Ermənistanın “Çorrord İşhanutyun” qəzetinə istinadən xəbər verir.

Qəzetin iddiasına görə MTX rəhbəri vəzifəsindən gedəcək: “Akopyan 2004-cü ilin noyabrından bu vəzifəni tutur. Lakin o, bu ilin fevralında vəzifəsindən gedəcək. Yaxın ətrafı son illər Akopyanın işdən yorulduğunu və vəzifədən getmək istədiyinə dair fikirlər səsləndirirlər. Prezident Serj Sarkisyan isə Akopyanın vəzifədə qalmasını istəyir.

Hakim dairələrdə olan mənbənin sözlərinə görə, Ermənistan rəhbərliyi hələ də onu əvəz edəcək şəxsi tapa bilmir. Akopyanın vəzifədən getməsinə az müddət qalmasına baxmayaraq (ən son tarix 16 fevral-red) hələ də heç kimin adı ictimaiyyətə təqdim olunmayıb”.

Qeyd edək ki, yaş senzi ilə əlaqədar Akopyan hələ ötən ilin əvvəlində istefa verməli olsa da, prezident Serj Sarkisyanın sərəncamı ilə onun səlahiyyət müddəti 11 fevral 2016-cı il tarixinə qədər artırılmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti