Türkiyədə 463 nəfər `donuz qripi`nə yoluxub

Türkiyədə 463 nəfər `donuz qripi`nə yoluxub
  13 Yanvar 2016    Oxunub:2242
Türkiyədə 2016-cı ilin əvvəlindən 2905 nəfər “donuz qripi” şübhəsi ilə ölkə xəstəxanalarına müraciət edib.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib. Onun sözlərinə görə, müayinədən keçən şəxslərin 463 nəfərində “donuz qripi” virusu aşkar edilib: “Onların arasında təkcə Türkiyə vətəndaşları deyil, digər ölkələrin vətəndaşları da olub”.

Nazir əlavə edib ki, bu dövr ərzində Türkiyədə “donuz qripi”ndən 14 nəfər ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti