Ən pis ssenariyə hazır olmalıyıq - Baş nazir

Ən pis ssenariyə hazır olmalıyıq - Baş nazir
  13 Yanvar 2016    Oxunub:2762
Əgər neftin qiyməti bundan sonra da düşməyə davam edərsə, bareli 50 dollardan hesablanan büdcə parametrlərinin dəqiqləşdirilməsinə ehtiyac olacaq.

AzVision.az xəbər verir ki, bu barədə Moskvada keçirilən forumda çıxışı edən Rusiya baş naziri Dmitri Medvedev bildirib.

Medvedyev digər ölkələrdə olduğu kimi, ən pis ssenariyə hazırlaşmağın lazım olduğunu diqqətə çatdırıb: “Büdcə qənaəti hər şeydən öncə dövlət aparatının xərclərinə aid olmalıdır, itirilmiş gəlir isə dövlət aktivlərinin özəlləşdirilməsi ilə əvəz edilə bilər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti