İstanbuldakı terrora görə bir nəfər tutuldu

İstanbuldakı terrora görə bir nəfər tutuldu
  13 Yanvar 2016    Oxunub:1635
İstanbulda törədilən terrora görə bir nəfər şübhəli şəxs qismində tutulub.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. Onun sözlərinə görə, terror nəticəsində yaralanan 15 nəfərdən 11-i hazırda xəstəxanada müalicə olunur: `Onların 10-u Almaniya, biri Norveç, biri isə Peru vətəndaşıdır. Almaniyadan olan iki yaralının vəziyyəti ağırdır.

Nazir əlavə edib ki, Suriyada münaqişə başlayandan terrorçuluğa qarşı mübarizə çərçivəsində Türkiyədə üç min 318 nəfər saxlanılıb, 847 nəfər həbs edilib: "Onların çoxu xarici ölkə vətəndaşıdır. 124 ölkədən 35 min 970 nəfərin Türkiyəyə girişinə qadağa qoyulub. Onların üç min 897 nəfəri Almaniya vətəndaşıdır. 92 ölkənin iki min 894 vətəndaşı Türkiyədən deportasiya edilib. Onlarında 94 Almaniya vətəndaşıdır".

Qeyd edək ki, bu gün həmçinin Almaniyanın daxili işlər naziri Tomas de Mezyer terrorda həlak olanların xatirəsini yad etmək və ölkəsinin başsağlığını Türkiyə rəsmilərinə çatdırmaq üçün İstanbula gəlib.


Teqlər:  





Xəbər lenti