Əliyev və Sarkisyan tez-tez görüşməlidir - Uorlik

Əliyev və Sarkisyan tez-tez görüşməlidir - Uorlik
  13 Yanvar 2016    Oxunub:1517
“Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı əllərində olan iki insandır”.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “tert.am” agentliyinə müsahibəsində deyib.

Həmsədrin sözlərinə görə, prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər: “Biz hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək”.

Uorlik vurğulayıb ki, hər iki prezident açıq şəkildə münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını bəyan ediblər: “Bu, onların dediyi sözlərdən də aydın görünür. Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz əminik ki, prezidentlər də bunu anlayır. Ümid edirik ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər, güc tətbiqindən çəkinəcəklər və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti