Dünyada 244 milyon insan doğulduğu ölkədə yaşamır

Dünyada 244 milyon insan doğulduğu ölkədə yaşamır
  14 Yanvar 2016    Oxunub:1497
Birləşmiş Millətlər Təşkilatı bütün dünyadakı beynəlxalq mühacir sayının 2000-ci ilə nisbətən 41 faiz artdığını bildirib.
BMT-nin məruzəsində doğulduğu ölkədən kənarda yaşayan insanların beynəlxalq mühacir olaraq qəbul edildiyi vurğulanaraq, 20 milyon qaçqın ilə birgə onların sayının ümumilikdə 244 milyon nəfərə çatdığı deyilir.

Məruzədə beynəlxalq mühacirlərin məskunlaşdığı bölgə və ölkələrə aid məlumatlar da yer alıb. Bildirilir ki, onlar əsasən əhalisinin 10 faizdən çoxunu mühacirlərin təşkil etdiyi Şimali Amerika, Avropa və Okeaniyada məskunlaşıb. Afrika, Asiya, Latın Amerikası və Karib dənizi hövzəsində isə mühacirlər əhalinin ümumi sayının 2 faizdən az hissəsini təşkil edir.

Bütün dünya üzrə beynəlxalq mühacirlərin 16 milyonu hindistanlı, 12 milyonu meksikalılardır. Mühacir kontingentinin sayına görə öndə olan digər ölkələr sırasına, həmçinin Rusiya, Çin, Banqladeş, Pakistan və Ukrayna daxildir.


Teqlər:





Xəbər lenti