Türkiyədə növbəti terror: 36 yaralı var

Türkiyədə növbəti terror: 36 yaralı var
  14 Yanvar 2016    Oxunub:3012
Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda terror hadisəsi baş verib.

PKK silahlıları polis ailələrinin olduğu xidməti evin yaxınlığında partlayıcı maddə ilə yüklənmiş avtomobili partladıb.

Şiddətli partlayış zamanı binanın bir hissəsi uçub, dağıntıların altında qalan bir körpə və bir neçə nəfərin öldüyü bildirilir. Hadisə zamanı 36 nəfər yaralanıb.

Yaralılar Diyarbəkirdəki müxtəlif xəstəxanalara yerləşdirilib. Partlayış ətrafdakı ev və iş yerlərində də hiss olunub.

Terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib.

Qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyat başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti