Rövnəq Abdullayevin Tiflis görüşü: `Bütün öhdəlikləri yerinə yetiririk`

Rövnəq Abdullayevin Tiflis görüşü: `Bütün öhdəlikləri yerinə yetiririk`
  14 Yanvar 2016    Oxunub:2334
Biz Gürcüstan rəhbərliyi önündə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirəcəyik.
AzVision.az xəbər verir ki bu barədə “Rustavi 2” telekanalına müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Gürcüstan baş naziri Georgi Kvirikaşvili və hökumətin enerji komandası ilə keçirdiyi görüşün yekunlarından danışan SOCAR rəhbəri danışıqların yaxşı keçdiyini vurğulayıb.

“Qəbula görə Gürcüstan rəhbərliyinə öz təşəkkürümü bildirirəm. “SOCAR Georgia” layihəsi yaxşı işləyir. Biz Gürcüstan hökumətin qarşında olan bütün öhdəlikləri yerinə yetiririk. Neft və qaz qiymətləri ilə bağlı çətinliklərə baxmayaraq, biz bütyün öhdəlikləri yerinə yetirəcəyik. Danışıqlara gəldikdə isə, görüşdə bəzi texniki məsələlərdə müzakirə olunub. Gürcüstan Energetika nazirliyi ilə birgə işləməklə biz hər şeyi həll edəcəyik”, - deyə Rövnəq Abdullayev bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti