Avropa Ərdoğandan asılıdır – XİN rəhbəri
“Biz Türkiyəyə bu ölkənin iştirakının tamamilə vacib olduğu öhdəlikləri verməliyik. Məsələn, miqrantlara sığınacaq verilməsi məsələsini. Lakin Avropa İttifaqı (Aİ) ümumi sərhədlərin təhlükəsizliyinə nəzarəti Ankaraya ötürəndə bu ölkədən asılılıq yaranır, bu da mənim olduqca təhlükəlidir”, - deyə XİN rəhbəri Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində bildirib.
XİN rəhbərinin sözlərinə görə, Aİ öz əlini çirkləndirməmək üçün bu “çirkli işi” asanlıqla Türkiyəyə təklif edə bilməz. Bu və ya digər halda qaçqınlarla bağlı situasiya “çirkin, qəddar mənzərələr” yaradacaq.
Kurzun fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-lə razılaşmaları Avropaya əlavə təsir rıçaqları kimi istifadə edir.
Eldar Tanrıverdiyev
AzVision.az