İki Azərbaycan vətəndaşı 1 milyona yaxın pulla tutuldu

İki Azərbaycan vətəndaşı 1 milyona yaxın pulla tutuldu
  14 Yanvar 2016    Oxunub:3349
Rusiyanın Sankt-Peterburq şəhərində iki Azərbaycan vətəndaşı külli miqdarda vəsaitlə saxlanılıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Pulkovo hava limanında qeydə alınıb.

Belə ki, İstanbul-Sankt-Peterburq reysi ilə uçan azərbaycanlılardan birinin üzərində gömrük bəyannaməsində göstərilməyən 379 min 200, digərində isə 511 min 700 Venesuela valyutası olan bolivar aşkar olunub.

Faktla bağlı azərbaycanlılara qarşı Rusiya Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə cinayət işi açılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti