İŞİD-ə qarşı 10 əsgər vuruşacaq

İŞİD-ə qarşı 10 əsgər vuruşacaq
  14 Yanvar 2016    Oxunub:3002
Latviya rəhbərliyi İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə üçün 10 əsgər göndərəcək.
AzVision.az “Delfi”-yə istinadən xəbər verir ki, ölkə parlamenti bu barədə qərarı təsdiqləyib.

Qeyd olunur ki, latviyalı hərbçilər BMT missiyasının tərkibində Danimarka kontingentinə qoşulacaq. Onlar əsasən yerli hərbçilərə təlim keçəcək.

Müdafiə Nazirliyi Latviya hərbçilərinin İŞİD-ə qarşı mübarizə missiyasının 2018-ci ilə qədər davam etdirilməsini təklif edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti