“Harry Potter”in ulduz aktyoru öldü

“Harry Potter”in ulduz aktyoru öldü
  14 Yanvar 2016    Oxunub:2725
“Harry Potter”, “Parfümer”, “Doqma” kimi filmlərdə oynadığı rola görə məşhurluq qazanan britaniyalı aktyor Alan Rikman 70 yaşında dünyasını dəyişib.
AzVision.az “The Guardian”-a istinadən xəbər verir ki, aktyor xərçəng xəstəliyindən əziyyət çəkib.

Aktyorun ölüm xəbərini qohumları da təsdiqləyib.

Qeyd edək ki, Rikman 50-dən artıq filmdə rol alıb. Onun ən məşhur rollarında biri Coan Roulinqin romanları əsasında çəkilən filmlərdə oynadığı Severus Sneyp (Severus Snape) obrazıdır. “Rasputin” telefilmində oynadığı rola aktyor “Qızıl Qlobus” və “Emmi” mükafatları alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti