`Təmas xəttində gərginlik azaldılmalıdır` - ATƏT sədri

`Təmas xəttində gərginlik azaldılmalıdır` - ATƏT sədri
  14 Yanvar 2016    Oxunub:1508
Qarabağ münaqişəsi ilə bağlı əsas məqsədlərimizdən biri təmas xəttində gərginliyin azaldılması olacaq.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer ATƏT Daimi Şurasında çıxışı zamanı deyib. Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü olduğunu deyən Ştaynmayer bildirib ki, qurum təmas xətti və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır: `Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda atılan addımlar gücləndirilməlidir`

Onun sözlərinə görə, ATƏT məkanında münaqişələr təşkilatı zəiflədib: `Konstruktiv dialoq təşkilat daxilində sabitliyi bərpa etməyə yardım edəcək`.

AzVision.az


Teqlər:  





Xəbər lenti