Tacikistanda əhali aclıqdan əziyyət çəkir

Tacikistanda əhali aclıqdan əziyyət çəkir
  15 Yanvar 2016    Oxunub:1596
Beynəlxalq Qida Siyasəti Araşdırma İnstitutu (IFPRI) Tacikistanı postsovet məkanında aclıqdan ən çox əziyyət çəkən ölkə adlandırıb.
Mütəxəssislərin hazırladığı reytinqə əsasən Tacikistanın əhalisinin 33%-dən çoxu aclıqdan əziyyət çəkir.

Əsas səbəb kimi Rusiyada yaşanan iqtisadi böhran göstərilir.

Ekspertlər ölkə əhalisinin iqtisadi rifahının kəskin pisləşməsini tacik miqrantlarının evlərinə göndərdikləri pul vəsaitlərinin əhəmiyyətli dərəcədə azaldılması ilə əlaqələndirirlər.

Tacikistan Milli Bankıının məlumatına görə, ötən il köçürmələrin həcmi 2014-cü il ilə müqayisədə 40% azalıb.


Teqlər:  





Xəbər lenti