Klinton ABŞ üçün təhlükədir – Buşdan sərt ittihamlar

Klinton ABŞ üçün təhlükədir – Buşdan sərt ittihamlar
  15 Yanvar 2016    Oxunub:1846
Hilari Klintonun prezident seçkilərində qalib gəlməsi ABŞ-ın Milli Təhlükəsizliyi üçün faciə olacaq.
AzVision.az xəbər verir ki, bu barədə teledebatlarda çıxışı zamanı Respublikaçılar partiyasından prezidentliyə namizəd, Florida ştatının sabiq qubernatoru Ceb Buş bildirib.

Buşun sözlərinə görə, Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna terrorçuların hücum etməsinə görə məsuliyyəti Klinton daşıyır. “O, ABŞ üçün faciə olacaq”.

O, həmçinin bəyan edib ki, prezident seçiləcəyi təqdirdə Klinton ilk olaraq şəxsi problemlərini həll edəcək: “O, yəqin ki, Ağ Ev və məhkəmə qarşısında olacaq”.

Ceb Buş ABŞ-ın 41-ci prezidenti Circ Buşun və 43-cü prezident Corc Uoker Buşun qardaşıdır. O, 1999-2007-ci illərdə Florida qubernatoru olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti