İŞİD öz `Whatsapp`ını yaratdı

İŞİD öz `Whatsapp`ını yaratdı
  15 Yanvar 2016    Oxunub:3209
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı özünəməxsus messencer yaradıb.
AzVision.az xəbər verir ki, buna səbəb qruplaşmanın müxtəlif messencer sistemləri və sosial şəbəkələrdə hesablarının blok edilməsidir.

Məlumata əsasən şifrələnmiş messencer Android telefonları üçün nəzərdə tutulub və “Alwari” adlanır. WhatsApp və Telegram kimi analoqlarından xeyli zəif olsa da, yeni messencer terror qruplşamasına təzə üzvlər cəlb etməkdə yardımçı ola bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti