7 ermənini öldürən Permyakovdan yeni xəbər

7 ermənini öldürən Permyakovdan yeni xəbər
  15 Yanvar 2016    Oxunub:2827
Avetisyan ailəsinin qətlə yetirilməsi işi üzrə ikinci məhkəmə iclası Gümrü şəhərində Rusiyanın 102-ıci hərbi bazasında keçiriləcək.
AzVision.azerməni Kİv-nə istinadən xəbər verir ki, bu barədə Şirak vilayəti məhkəməsindən bildirilib.

Məhkəmə iclası yanvarın 18-də Avetisyanlar ailəsinin hüquqlarını qoruyan, bir neçə ailə üzvü və KİV nümayəndələrinin zorla yerləşə biləcəyi balaca bir otaqda keçiriləcək.

Qeyd edək ki, dekabrın 18-i keçirilən ilk iclasdan sonra vəkillər iclasın keçirildiyi zalı `qeyri-insani yer` kimi xarakterizə etmişdilər.

Xatırladaq ki, Permyakov ötən ilin yanvar ayının 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti