Türkmənistanda maaşı qoyunlarla verdilər
Məlumata əsasə, müəssisə nağd pulun olmadığı üçün maaşı heyvanlarla ödəyir. Hesab “bir heyvan – 270 manat” sxemi üzrə aparılır.
“Bir qoyun 16-18 kiloqram edir. İşçilər maaşı qoyunlarla götürmək məcburiyyətindədirlər. Başqa nə edə bilərdilər ki?”, - Səlim adlı fermer jurnalistlərə bildirib.
Onun sözlərinə görə, nağd pul əldə etmək üçün sonradan heyvanları bazarda satırlar (bu zaman 10-20 manat itirirlər).
Eldar Tanrıverdiyev
AzVision.az