Baş nazir istefa verdi

Baş nazir istefa verdi
  15 Yanvar 2016    Oxunub:4830
Makedoniya baş naziri Nikola Qruevski istefa verib.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

İstefa barədə müraciət parlamentin sədri Troyki Velyonskiyə verilib. Deputatlar bu məsələni parlamentin növbəti iclası zamanı müzakirə edəcək.

Qeyd edək ki, 2015-ci ilin yayında Qruevski və müxalifət arasında növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Seçkilər bu ilin aprel ayına təyin olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti