Ermənistanda qadınlar kişiləri döyür - Statistika

Ermənistanda qadınlar kişiləri döyür - Statistika
  15 Yanvar 2016    Oxunub:3191
Ermənistanda ailə zorakılğı halları artıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ermənistanın polis rəsmisi, polkovnik Nelli Duryanın sözlərinə görə, 2015-ci ildə ölkədə 784 zorakılıq halı qeydə alınıb ki, bunlardan da 150-i ilə bağlı cinayət işi açılıb. 2014-cü ildə isə ölkə üzrə 678 zorakılıq halı və 76 cinayət faktı qeydə alınıb.

Polis rəsmisi bildirib ki, Ermənistanda ötən il kişilərin qadınlara qarşı zorakılıq etməsinə dair 471 fakt var.

Bundan əlavə Ermənistanda qadınların kişilərə qarşı zorakılıq tətbiq etməsinə dair 15 fakt qeydə alınıb.

Ötən il Ermənistanda valideynlərin övladlarına qarşı zorakılıq tətbiq etməsinə dair 65, uşaqların valideynlərinə qarşı zorakılıq tətbiq etməsinə dair isə 106 hadisə baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti