Ankara merindən ABŞ səfirinə: `Türkiyəni tərk et!`

Ankara merindən ABŞ səfirinə: `Türkiyəni tərk et!`
  16 Yanvar 2016    Oxunub:4236
Ankaranın meri Melih Gökçek ABŞ səfiri Con Bassanı türkiyəli alimlərin saxlanılması ilə bağlı dediyi sözlərə görə ölkəni tərk etməyə çağırıb.
AzVision.az xəbər verir ki, mer bu barədə Tvitter səhifəsində qeyd edib.

“ABŞ-da polis insanlara əllərini qaldırmadıqları üçün əşya, kisə kimi atəş açır. Sən isə bizə məsləhət görürsən ki, silahlı terrorçuların əsgərlərimizə və polislərimizə silahlı hücumlarına səbrlə yanaşaq. Yox, cənab səfir! Biz buna dözməyəcəyik. Sən ABŞ üçün heç də düz seçim deyilsən. Qayıt ölkənə! Qoy bura başqası-bizi tanıyan birisi səfir gəlsin”.

Xatırladaq ki, yanvarın 15-də Türkiyənin cənub-qərbindəki hadisələrlə bağlı hökümətə müraciət edən 14 alim həbs edilib.

ABŞ-ın Türkiyədəki səfiri Con Bass öz alimlərin saxlanılmasını qınayıb. O, hökümətin tənqid edilməsini dövlətə xəyanətlə bir tutulmasına etiraz edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti