Qanlı atışma: 11 ölü, 13 yaralı

Qanlı atışma: 11 ölü, 13 yaralı
  16 Yanvar 2016    Oxunub:2271
Türkiyənin Diyarbəkir bölgəsindəki Sur mahalında PKK üzvlərinə qarşı aparılan əməliyyatlar davam edir.
AzVision.az-ın məlumatına görə, terrorçular ilə təhlükəsizlik qüvvələri arasında gedən şiddətli döyüşlərdə 11 terrorçu öldürülüb. Türkiyə əsgərlərindən 13-ü yaralanıb.

Yaralı əsgərlər hadisə yerinə çağırılan təcili yardım maşınları ilə Diyarbakır hərbi xəstəxanasına çatdırılıb.

Yaralı əsgərlərdən 2-sinin snayperlə vurulduğu bildirilir.

AzVision.az




Teqlər:  





Xəbər lenti