Tarixi gün: İran və Qərb barışa bilər

Tarixi gün: İran və Qərb barışa bilər
  16 Yanvar 2016    Oxunub:3222
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “altılıq” ölkələri ilə birgə bəyanatla çıxış etmək üçün Vyanaya yola düşüb.
AzVision.az “Reuters”-ə istinadən xəbərə verir ki, səfər zamanı naziri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi müşayiət edir.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İran nüvə proqramına dair yekun hesabatı bu gün Vyanada açıqlanmalıdır. Bu hesabat əsasında İran və "altılıq" ölkələri birgə bəyanatla çıxış edəcək. Bəyanatda İrana qarşı sanksiyaların ləğv olunması məsələsi əksini tapacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti