Sanksiyalar bu gün ləğv olunacaq – XİN rəhbəri

Sanksiyalar bu gün ləğv olunacaq – XİN rəhbəri
  16 Yanvar 2016    Oxunub:3160
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, ölkəsinə qarşı sanksiyalar bu gün ləğv olunacaq.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin “altılıq” ölkələri ilə birgə bəyanatla çıxış etmək üçün Vyanaya yola düşməsi haqda məlumat yayılmışdı.

Onun səfər zamanı naziri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi müşayiət edir.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İran nüvə proqramına dair yekun hesabatı bu gün Vyanada açıqlanmalıdır. Bu hesabat əsasında İran və "altılıq" ölkələri birgə bəyanatla çıxış edəcək. Bəyanatda İrana qarşı sanksiyaların ləğv olunması məsələsi əksini tapacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti