Avstriya Şengeni dayandırdı

Avstriya Şengeni dayandırdı
  17 Yanvar 2016    Oxunub:2086
Avstriya sərhəddə ciddi nəzarət rejimi tətbiq edəcək, insanlar bir-bir yoxlanılacaq. Həmçinin sığınacaq hüququ olmayan mühacirlər ölkədən çıxarılacaq.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ölkə kansleri Verner Fayman yerli KİV-ə müsahibəsində bəyan edib.

“İndi bizim sərhədlərimizdə şəxsiyyəti təsdiqləyən sənəd təqdim etmək lazımdır. Avropa İttifaqı sərhədlərimizin təhlükəsizliyini təmin edə bilmirsə, o zaman Şengen sazişinin tam şəkildə icrası sual altında qalır. Bu halda hər bir ölkə öz sərhədlərinə nəzarət etməlidir”, - Avstriya hökumətinin başçısı bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti