ABŞ və İran razılığa gəldi - Məhbuslar azad edildi

ABŞ və İran razılığa gəldi - Məhbuslar azad edildi
  17 Yanvar 2016    Oxunub:2441
İran ABŞ-a casusluqda ittiham olunan şəxsləri azad edib.
İranın Fars agentliyi xəbər verir ki, azadlığa buraxılan şəxslər ABŞ-a casusluqda ittiham olunan Əmir Hikməti, “Washington Post” qəzetinin Tehrandakı müxbiri Jason Rezaian, milli təhlükəsizliyi pozmaqda ittihma olunan Nüsrətullah Xosrəvi Rudsəri, və iranlı keşiş Səid Abididir.

Onlar məhbusların mübadiləsi çərçivəsində azadlığa buraxılıb.

Məlumata görə, Amerikada həbsdə olan 7 iran vətəndaşı da bu gün azadlığa buraxılıb. Onlar Nadir Medanlu, Bəhram Mekanik, Xosrov Əfqəhi, Arəş Qəhrəman , Turəc Fəridi, Nima Gülüstanə və Əli Sabunçidir. Həmçinin İran və ABŞ arasında əldə olunmuş razılığa görə, ABŞ 14 İranlıya qarşı ekstradisiyası ilə bağlı məhkəmə qərarını ləğv edib.

Məlumatda həmçinin bildirilir ki, İran və ABŞ İranın iki bankına qarşı sanksiyanın ləğvi ilə bağlı da razılığa gəliblər.


Teqlər:  





Xəbər lenti