İŞİD 280 nəfəri edam etdi

İŞİD 280 nəfəri edam etdi
  17 Yanvar 2016    Oxunub:2176
İŞİD terror qruplaşmasının yaraqlıları qoca, qadın və uşaqlar da daxil olmaqla 280-dək dinc sakini edam ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sputnik agentliyinə yerli sakinlər məlumat veriblər.

“İŞİD terrorçuları bu gün Deyr-əz-Zor əyalətinin Əl-Baqiliyyə kəndində dəhşətli qətliam törədiblər. 280 nəfər edam olunub, onlarına aralarında qocalar, qadınlar və uşaqlar da var.

Terrorçular kənd sakinlərini Suriya ordusu ilə əməkdaşlıqda ittiham edərək kütləvi şəkildə qətlə yetiriblər”, - agentliyin məlumatında bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti