Kılıçdaroğlu yenidən CHP sədri seçildi

Kılıçdaroğlu yenidən CHP sədri seçildi
  17 Yanvar 2016    Oxunub:1823
Türkiyənin aparıcı müxalifət partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) növbəti qurultayı keçirilib.
AzVision.az xəbər verir ki, 35-ci qurultayda Kamal Kılıçdaroğlu yenidən CHP sədri seçilib.

Qurultayda iştirak edən 1238 nümayəndənin 990-ı Kamal Kılıçdaroğluna səs verib. 248 səs isə etirbarsız sayılıb.

Kılıçdaroğlu CHP-nin yeni sədri kimi bu gün ilk çıxışını edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti