Almaniyada xüsusi əməliyyat keçirilir

Almaniyada xüsusi əməliyyat keçirilir
  17 Yanvar 2016    Oxunub:1692
Almaniyanın Düsseldorf şəhərinin “Məğrib” ərəb məhəlləsində polis narkotik vasitələrinin alverçilərinə qarşı xüsusi əməliyyat keçirir.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ötən gün Bakı vaxtı ilə 20.30-da başlayan əməliyyata 300 polis əməkdaşı cəlb edilib.

N-24 telekanalının məlumatına görə, ilkin istintaq materiallarına əsasən, “oğurluq, qarət və narkotik vasitələrinin satışında şübhəli bilinən şəxslər müəyyən vaxtlarda ərəb məhəlləsində toplaşırlar”.

Əməliyyat nəticələri barədə yanvarın 17-də məlumat veriləcəyi gözlənilir.


Teqlər:  





Xəbər lenti