`Əgər Aylan sağ qalsaydı...` - Kraliçadan irad

`Əgər Aylan sağ qalsaydı...` - Kraliçadan irad
  17 Yanvar 2016    Oxunub:2930
İordaniya kraliçası Raniyə Fransanın “Charlie Hebdo” satirik jurnalının növbəti qalmaqallı karikaturasına cavab dərc edib.
Bir müddət əvvəl fransız karikaturaçıları həlak olmuş suriyalı uşaq Aylan Kürdinin bütün dünyaya yayılmış fotosunu təsvir etmişdilər. Karikatura müəlliflərinin fikrincə, oğlan əgər sağ qalsaydı və Avropaya düşsəydi Kölndə baş vermiş hadisələr kimi qadınlara kütləvi hücumların iştirakçısı olardı.

Kraliça Raniyə öz növbəsində “Twitter” və “Facebook” səhifələrində suriyalı oğlan Aylan Kürdinin həkim geyimində təsvir olunduğu şəkil yerləşdirib. Şəkilə dair şərhdə ərəb, ingilis, fransız dillərində yazılıb ki, əgər oğlan sağ qalsaydı həkim, müəllim və ya övladını sevən ata ola bilərdi.

Müəyyən edilir ki, cavab karikaturasının ideyası İordaniya kraliçasına məxsusdur. Onun fikirlərini isə rəssam Usama Xacac təsvir edib.

Fransanın “Charlie Hebdo” jurnalı dünya ictimaiyyətində çoxmənalı münasibət doğuran qalmaqallı karikaturaları ilə məşhurdur. Ötən ilin yanvar ayında jurnalın redaksiyası hücuma məruz qalıb, nəticədə 10 əməkdaşı öldürülüb. (Azərtac)


Teqlər:





Xəbər lenti