Norveç İŞİD-ə qarşı döyüşdən imtina etdi

Norveç İŞİD-ə qarşı döyüşdən imtina etdi
  17 Yanvar 2016    Oxunub:1763
Norveç hökuməti ABŞ və Fransanın İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatında iştirak etmək üçün hərbi təyyarələr ayırmaq çağırışını qəbul etmək niyyətində deyil.
Bu barədə Norveçin müdafiə naziri İne Eriksen Söreyde yerli KİV-lərə müsahibəsində bildirib. O, deyib: “Burada dramatik heç nə yoxdur. Bizim qərarı həm ABŞ-da, həm də Fransada yaxşı başa düşürlər. Onlar müvafiq sorğuları göndərməzdən əvvəl bizim qırıcılarımızı göndərməməyimizin səbəblərini nəzərə alıblar”.

İne Eriksen Söreyde vurğulayıb ki, ölkənin köhnəlmiş hərbi aviaparkının qarşılaşdığı problemlər həm amerikalılara, həm də fransızlara yaxşı məlumdur. Onlar, həmçinin da qeyd ediblər ki, ölkənin şimal sərhədlərində hazırlığın dəstəklənməsi Norveç təyyarələrinin prioritet vəzifələrindəndir.

Hazırda Skandinaviya krallığı İŞİD-ə qarşı mübarizədəki töhfəsini Bağdad və Ərbildə İraq hərbi qulluqçularına və kürd hərbi birləşmələrinə təlim keçməklə məhdudlaşdırır. Norveçin bu istiqamətdə rolunu genişləndirəcəyi gözlənilir.

Xatırladaq ki, Norveç hərbi sahədə böyük islahatlar astanasındadır. İslahatlar çərçivəsində ölkənin HHQ-nin aviasiya parkının əsaslı yenilənməsi və güclənməsi gözlənilir. (Azərtac)


Teqlər:





Xəbər lenti