Tibb tarixində görünməmiş biabırçılıq

Tibb tarixində görünməmiş biabırçılıq
  18 Yanvar 2016    Oxunub:6501
Rusiyada qeysəriyyə əməliyyatı zamanı həkimlər böyük səhvə yol veriblər.
AzVision.az xəbər verir ki, Sankt-Peterburq şəhərində əməliyyat olunan qadının 24 gündən sonra qarnından 50 sm uzunluqda parça aşkar edilib.

Belə ki, Olya adlı xəstə qeysəriyyə əməliyyatından sonra evə buraxılsa da, o özünü yaxşı etməyib. 24 gündən sonra həkimə müraciət edən qadının yoxlanış zamanı bədənində parça olduğu ortaya çıxıb.

Hadisədən şoka düşən ailə xəstəxanaya qarşı 2 milyon rubl məbləğində təzminat davası açıb.

Xəstəni əməliyyat edən həkimlərlə bağlı polis tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti