Bu barədə AzVision.az Xarici KİV-ə istinadən xəbər verir.
Londonda yaşayan memarın sahib olduğu şirkət Məkkədə `İnam muzeyi` adlı kompleksini inşa edəcək. Muzeyin tikintisini bütün müsəlman dünyası səbirsizliklə gözləyir.
Muzey Məkkədən 7 kilometr aralıda tikiləcək və İslamın yaranmasını simvolizə edəcək.
`İnam muzeyi` 5600 kilometrlik ərazini əhatə edəcək. Muzeydə virtual məscid, audio-video zallar, 3D film nümayişi, həmçinin muzeyin damında bağlar da olacaq.
Məlumatda qeyd olunur ki, muzeyin əsas binasının tikilməsi üçün daşlar müsəlman ölkələrindən gətiriləcək.
.jpg)
.jpg)
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


