Neft 27 dollar oldu: Tarixi anti-rekord
Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 18-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,3 dollar azalaraq 28,75 dollar təşkil edib.
Dünya bazarlarında neftin qiyməti 2015-ci ilin sonlarında düşməyə başlayıb. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


