Türkiyədə məktəbdə partlayış: 2 ölü, 2 yaralı

Türkiyədə məktəbdə partlayış: 2 ölü, 2 yaralı
  18 Yanvar 2016    Oxunub:1588
Türkiyədə orta məktəbin həyətində partlayış baş verib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Kilisdə qeydə alınıb. Belə ki, Suriyadan atılan üç minaatan mərmi vilayətin ərazisində yerləşən məktəbin həyətinə düşüb.

Partlayış nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti