13 polisi öldürən terrorçu qadın paltarında tutuldu

13 polisi öldürən terrorçu qadın paltarında tutuldu
  19 Yanvar 2016    Oxunub:3113
Türkiyə ilə Naxçıvan Muxtar Respublikasının sərhəddində 13 polisin şəhid olmasında şübhəli bilinən terrorçu həbs edilib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Yakup P. adlı terrorçu qadın paltarı geyinərək ki dəfə hüquq mühafizə orqanlarının əlindən qaça bilib.

Lakin sonuncu dəfə onun planı alınmayıb. Terrora qarşı Mübarizə İdarəsinin əməkdaşları onu saxlayaıblar. O, qadın paltarında ələ keçirilib.

Qeyd edək ki, hadisə İğdırda Dilucu Sərhəd keçid məntəqisnin yaxınlığında qeydə alınıb. Belə ki, yolun kənarında dayanan və içərisində 5 ton partlayıcı maddə olan yük maşını partladılıb. Bu zaman həmin ərazidən sərhəddə işləyən polisləri aparan avtobus keçirmiş. Zərbənin gücündən avtobusda olan 13 polis şəhid olub. Hadisə ilə bağlı yük maşınını sürücüsü və Yazlık Köyünün muxtarı həbs edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti