Davos forumu başladı

Davos forumu başladı
  20 Yanvar 2016    Oxunub:1721
Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şvab Davosda forumu rəsmən açıq elan edib.
Klaus Şvab açıqlamasında Davos Forumunun sadəcə konfrans deyil, həm də çox dəyərli təcrübə olduğunu bildirib.

“Dördüncü sənaye inqilabının mənimsənilməsi” şüarı altında təşkil edilən forumda qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək Yolu və digər məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Dünyanın 100-dən artıq ölkəsindən dövlət başçılarının, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatları təmsilçilərinin qatılacaqları Forumda 2500-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Son vaxtlarda dünyanın müxtəlif ölkələrində baş verən terror aktlarını nəzərə alaraq, İsveçrə tərəfi minlərlə hərbçini və polisi Forumun təhlükəsizliyinin təmin olunmasına cəlb edib.

Qeyd edək ki, forumda Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı ABŞ vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və Türkiyənin baş naziri Əhməd Davudoğlunun iştirakı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti