Hakerlərimiz 47 erməni saytını dağıtdı

Hakerlərimiz 47 erməni saytını dağıtdı
  20 Yanvar 2016    Oxunub:4094
Anti-armenia Team adlı Azərbaycanlı xakerlərdən ibarət qrup bu münasibətlə Ermənistanın bütün səfirliklərinin rəsmi saytlarını, beynəlxalq təşkilatlarını, eləcə də ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytını dağıdıb.
AzVision.az xəbər verir ki, dağıdılan saytlardan 41-i səfirliyə, 6-ı beynəlxalq təşkilatlara aid olmaqla 47 sayt sıradan çıxarılıb.

Dağıdılan saytlarda 20 yanvarla bağlı video və fotolar yerləşdirilib.

Qeyd edək ki, 2014-cü il iyulun 26-da "Anti-armenia Team"-in xakerləri Ermənistan prezidentinin və bu ölkənin bir çox mühüm nazirliklərinin saytlarını dağıdaraq sıradan çıxarıb. Erməni ekspertlər də öz müsahibələrində dəfələrlə "Anti-armenia Team"-in hakerlərinin Ermənistana milli səviyyədə problem yaratdığını etiraf edərək, həmin qrupla mübarizə etmək üçün kifayət qədər intellektual resusrsa malik olmadıqlarını dilə gətiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti