`Gəlin, neftin qiymətini qaldıraq` - Prezident kömək istədi

`Gəlin, neftin qiymətini qaldıraq` - Prezident kömək istədi
  20 Yanvar 2016    Oxunub:4379
Venesuela prezidenti Nikolas Maduro iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı neftin qiymətinin əvvəlki səviyyəyə qaytarılması üçün ondan kömək istəyib.
Bu barədə AzVision.az “El Universal”-a istinadən xəbər verir.

Bildirilib ki, Maduro neft bazarında qiymətlərin bərpa olunması üçün strategiyanın yaradılması məqsədilə OPEK ölkələrinin təcili iclasının keçirilməsi ideyasını dəstəkləyib.

Venesuela prezidenti eyni zamanda nüvə proqramı ilə əlaqədar Qərbin iqtisadi və maliyyə sanksiyalarının aradan qaldırılması münasibəti ilə Ruhanini təbrik edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti