XİN rəhbəri korrupsiyada ittiham olunur

XİN rəhbəri korrupsiyada ittiham olunur
  20 Yanvar 2016    Oxunub:2424
İsveçdə xarici siyasət idarəsinin başçısı Marqot Valstrom barəsində ilkin istintaqa başlanılıb. O, korrupsiyada və mənzil arendası ilə bağlı qeyri-qanuni kontrakt əldə etməkdə şübhəli bilinir.
Bu haqda xəbəri İsveç KİV-ləri yayıb.

İsveçin xarici işlər naziri gündəlik «Aftonbladet» qəzetində onun barəsində məqalə dərc olunandan sonra tənqidə məruz qalıb. Məqalədə qeyd edilir ki, nazirin adı 2014-cü ildə Stokholmun mərkəzində daxili növbəni pozaraq aldığı mənzillə bağlı qalmaqalda hallandırılır.

Daha sonra İsveç prokurorluğu bəyanat verib ki, ölkənin baş antikorrupsiya prokuroru Alf Yuxanson bu məlumatlarla bağlı cinayət faktını müəyyən etmək üçün rüşvət verilməsi və alınması haqqında ibtidai istintaqa başlamaq barədə qərar qəbul edib.

Xarici siyasət idarəsinin başçısı günahsız olduğunu bildirib. Marqot Valstromun sözlərinə görə, o, kontraktı həmkarlar ittifaqı üzvlərinin hər şeyin qanun çərçivəsində yerinə yetirildiyi barədə zəmanət verdiyindən sonra imzalayıb. (Azərtac)


Teqlər:





Xəbər lenti