Moldovada xalq etirazı: Parlament mühasirəyə alındı (VİDEO)

Moldovada xalq etirazı: Parlament mühasirəyə alındı (VİDEO)
  21 Yanvar 2016    Oxunub:2280
Bu gün axşam saatlarında Moldovanın paytaxtı Kişinyovda minlərlə insan parlament binasının qarşısına toplaşaraq, millət vəkillərinin Pavel Filipin rəhbərliyi altında yeni hökuməti təsdiq etməsinə etirazlarını bildiriblər.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, nümayişçilər parlament binasını mühasirəyə alıblar.

Əllərində “Biz parlamentə daxil olmaq istəyirik!”, “Biz xalqıq!”, “Rədd olsun parlament!”, “Növbədənkənar seçkilər!”, “Rədd olsun mafiya!”, “Polis bizimlədir!” kimi şüarlar tutmuş nümayişçilərlə polis arasında toqquşmaların olduğu bildirilir.

Toqquşma zamanı bir neçə polis əməkdaşının yaralandığı bildirilir. Etirazçılar arasında saxlanılanlar var.



AzVision.az


Teqlər:  





Xəbər lenti