Qahirədə partlayış: 10 ölü, xeyli yaralı var
Hadisə zamanı 20-dən çox insanın yaralandığı bildirilir.
İlkin məlumata görə, polis əməkdaşları El Haram rayonunda terrorçuların gizləndiyi mənzilə daxil olarkən partlayıcı qurğu işə salınıb.
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları istintaq tədbirləri həyata keçirirlər.