`Rusiyaya qarşı sanksiyalar ləğv oluna bilər`
Dövlət katibi əmindir ki, tərəflər ikinci Minsk razılaşmaları yerinə yetirəcək.
“Davosda bu həftənin əvvəli vitse-prezident Baydenlə Minsk razılaşmalarını tam həyata keçirilməsinə zəmanət vermək məqsədilə Ukrayna prezidenti ilə görüşdük. Əminəm ki, hər iki tərəfin səyləri və legitim cəhdləri hesabına problemləri aradan qaldırmaq və Minsk sazişlərini həyata keçirmək mümkün olacaq. Məhz bundan sonra sanksiyalar ləğv oluna bilər”, - deyə Kerri qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az