Havanı təmizləyən divarlar yaradılıb
AzVision.az AzərTAC-a istinadən xəbər verir ki, bu blokların hər 100 kvadratmetri havanı sanki 7 qovaq ağacı qədər təmizləyir. Qovaq, təbiətdə ağaclar arasında ən məhsuldar hava təmizləyicisidir. Kimyəvi reaksiya prosesində su nazik təbəqə əmələ gətirir. Bu təbəqə sayəsində divarları küçə tərəfdən yumağa ehtiyac qalmır.
Sınaq tikinti materialları üzrə xüsusi mərkəzdə aparılır. Şirkət öz məhsulunu hələlik bazara çıxarmağa tələsmir, çünki Çinin test institutlarının belə innovasiyalı material üçün standartları yoxdur.
AzVision.az
Teqlər: