ABŞ Rusiyanın 5 konsulluğunu bağladı

ABŞ Rusiyanın 5 konsulluğunu bağladı
  23 Yanvar 2016    Oxunub:2095
ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib ki, Rusiyanın Amerika diplomatlarının işinə müdaxiləsinə cavab olaraq RF-in bu ölkədəki beş fəxri konsulluğunun akkreditasiyası ləğv edilib.
Vitrualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, Toner ABŞ hökumətinin addımını şərh edərkən deyib: `Bu addımlar bizim əməkdaşlarımızın Rusiyada izlənməsinə, Moskvadakı Amerika mərkəzinin və ABŞ-ın Rusiya ərazisindəki 28 obyektinin bağlanmasına cavab olaraq atılıb`.

Bununla yanaşı, Dövlət Departamentinin rəsmisi bildiorib ki, bu qərarlar rusiyalı diplomatların, səfirliyin, konsulluğun və Vaşinqtondakı Mədəniyyət mərkəzinin işinə təsir göstərməyəcək.

Rusiyanın Kaliforniya, Yuta, Minnesota, Florida və Puerto-Rikodakı beş fəxri konsulluğu bağlanıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova daha öncə bildirmişdi ki, ABŞ vətəndaşları olan fəxri konsullara qarşı Amerika hakimiyyəti tərəfindən cinayət işləri qaldırıla bilər.


Teqlər:





Xəbər lenti