Sarkisyan Ruhaniyə niyə zəng etdi?

Sarkisyan Ruhaniyə niyə zəng etdi?
  25 Yanvar 2016    Oxunub:3152
İran prezidenti Həsən Ruhani ilə onun erməni həmkarı Serj Sarkisyan arasında bu gün telefon danışığı olub.
Məlumatına görə, zəngi Sarkisyan edib.

Erməni qaynağının məlumatına görə, tərəflər iki ölkə arasında əlaqələrin mövcud durumundan razılıq ifadə edib, regional və qlobal əhəmiyyət kəsb edən bir sıra aktual problemləri müzakirə ediblər. Həmçinin, əlaqələrin inkişaf perspektivindən danışıblar.

“Ruhani və Sarkisyan zəruri iradə olarsa, danışıqlar yolu ilə istənilən məsələdə həll yolu tapmağın mümkünlüyünü qeyd ediblər ” – məlumatda deyilir.

İran prezidenti Ermənistanla əlaqələrin genişlənməsi və dərinləşməsi üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Telefon danışığı zamanı qarşıdakı görüşlərin proqramları da müzakirə edilib. (musavat.com)


Teqlər:  





Xəbər lenti