Təqaüdçü qadın 700 min dollar payladı

Təqaüdçü qadın 700 min dollar payladı
  25 Yanvar 2016    Oxunub:2602
Serbiyanın dağ kəndində 70 dollar pensiya gəliri ilə kərpic evdə təkbaşına yaşayan 86 yaşındakı Mariya Zlatiç Avstraliyadakı ərindən qalan təxminən 700 min dolları ona kömək edən kəndlilərə paylayıb.
AZƏRTAC haberturk.com-a istinadla xəbər verir ki, “Vecernje Novosti” qəzetinin xəbərinə görə, Mariya Zlatiçin Avstraliyada dülgərlik edən ərinin 2011-ci ildə öldüyü məlum olub. Zlatiç kəndlilərin köməyi ilə Avstraliyanın Belqrad səfirliyinə müraciət edib və pul onun hesabına yatırılıb.

Zlatiç qəzetə açıqlamasında “yaxında gedəcəyim yerdə pula ehtiyacım olmayacaq. Buna görə də bütün pulu mənə kömək edən kəndlilərə payladım. Hələlik təqaüdçü maaşım mənə çatır” deyib.


Teqlər:  





Xəbər lenti