Ərdoğan Kılıçdaroğluna salam vermədi

Ərdoğan Kılıçdaroğluna salam vermədi
  25 Yanvar 2016    Oxunub:2105
Bu gün Türkiyənin məşhur iş adamı Mustafa Qoçun dəfn mərasimi keçirilib.
Mərasimə Prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, CHP lideri Kamal Kılıçdaroğlu və digər rəsmi şəxslər qatılıb.

Mərhumun cənazə namazında diqqət çəkən hadisə baş verib. Ərdoğan və Davudoğlu Kılıçdaroğlunun yanından keçərək ona salam verməyib.

Xatırladaq ki, bir neçə gün öncə Kılıçdaroğlu parlamentdə Rəcəb Tayyib Ərdoğanı sərt tənqid etmişdi. Ərdoğan da öz növbəsində müxalif lideri məhkəməyə verərək, 100 min türk lirəsi məbləğində təzminat tələb edib.


Teqlər:





Xəbər lenti